Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə köçən ailələrə evlərinin açarları verilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, əvvəlcə sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi ilə bağlı təlimat verilib.
Açarların təqdimatı mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə (140 nəfər), Quzeyxırman kəndinə isə 12 ailə (45 nəfər) köçürülüb.
Sakinlər doğma yurda qayıdışa görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildirib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
***
13.24
Növbəti köç karvanı Xocavənd rayonuna çatıb.
APA-nın xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdıb.