Bank Of Baku

Ötən dövr ərzində 1854 əkiz, 72 üçəm dünyaya gəlib

Ötən dövr ərzində 1854 əkiz, 72 üçəm dünyaya gəlib
# 12 sentyabr 2025 10:47 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54898 doğulan körpə qeydə alınıb.

APA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə qeyd edilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Doğulan körpələrdən 1854-ü əkiz, 72-si isə üçəm olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR