Bank Of Baku

Ötən il 350-ə yaxın orqan transplantasiyası həyata keçirilib

Ötən il 350-ə yaxın orqan transplantasiyası həyata keçirilib
# 06 yanvar 2026 11:46 (UTC +04:00)

2025-ci ildə təqribən 350-ə yaxın orqan transplantasiyası əməliyyatı həyata keçirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu əməliyyatlardan böyrək üzrə təqribən 100, qaraciyər üzrə təqribən 60 transplantasiya əməliyyatı olub: “Eyni zamanda, ürək transplantasiyası üzrə 2, sümük iliyi üzrə təqribən 30, buynuz qişa üzrə isə təqribən 130 əməliyyat həyata keçirilib”.

Qeyd olunub ki, bu transplantasiya əməliyyatlarından təqribən 50-dən çoxu uşaqlara, 300-ə yaxını isə böyüklərə aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR