Bank Of Baku

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb
# 13 avqust 2026 15:40 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 160 nəfər müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin edilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə biznes planlarına uyğun kiçik ailə bizneslərini qurublar.

Bildirilib ki, özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə aktivlər verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR