Bank Of Baku

QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə qrant müsabiqəsi elan edilib

QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə qrant müsabiqəsi elan edilib
# 05 avqust 2026 19:38 (UTC +04:00)

QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycana ayırdığı maliyyə çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir.

APA xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.

Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna avqust ayının 6-da başlanacaq.

Müraciət üçün son tarix 26 avqustdur.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 450000 manat olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR