Qorxularınızdan xilas olmaq zamanıdır - SPR Reabilitasiya Mərkəzimizdə “12 addım” atın - VİDEO

Qorxularınızdan xilas olmaq zamanıdır - SPR Reabilitasiya Mərkəzimizdə “12 addım” atın - VİDEO
# 05 yanvar 2024 10:30 (UTC +04:00)

Hazırda bəşəriyyəti düşündürən qlobal problemlərdən biri də ciddi bəlaya və təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Eyni zamanda, qumar, alkoqolizm də insanlarda aludəçilik, sonra isə asılılıq formalaşdırır. Bu bəlaya mübtəlalara olanlar əksər hallarda onu dəf etməkdə aciz qaldıqları üçün daha qorxuludurlar. Bu, bir növ bataqlığa bənzəyir.

Amma Bakıda iki ildir fəaliyyət göstərən və bu müddətdə 1000-dən artıq şəxsə psixoloji yardım göstərən “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” ilə bu bəlalardan qurtulacaqsınız.

Mərkəzin rəhbəri Ruslan Həsənzadənin sözlərinə görə, zərərli vərdişlərə yaranan asılılıqdan, narkomaniya, alkoqolizmdən çəkinmə hallarının aradan qaldırılması, həm də müşayiət olunan psixoloji pozğunluqların və ağırlaşmaların düzəldilməsi üçün ən mütərəqqi metodlardan istifadə edirlər:

“Məlumdur ki, narkomaniya və bu kimi bəlalara mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qaldıqları üçün daha da qorxurlar. Amma bizim reabilitasiya mərkəzində tez bir zamanda bu bəlalara qalib gəlmək mümkündür. Bunun üçün peşəkar mütəxəssislər kömək edir. Mərkəzimizin müraciət edən hər bir şəxslə müqavilə imzalanır və onların burada qalması ilə bağlı məxfiliyinə nəzarət edilir. Məqsədimiz sağlam həyat tərzinə təhlükə törədən bu bəladan insanları xilas etməkdir”.

Qeyd edək ki, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” Azərbaycanda 2021-ci ildən fəaliyyət göstərir.

Mərkəzə müraciət edənlər “12 addım” xüsusi proqramı vasitəsilə 200-dən artıq zərərli asılılıq, vərdişlərdən xilas oluna bilərlər.

Ruslan Həsənzadə qeyd edib ki, onlara müraciət edən hər şəxsin sosial həyatına sağlam şəkildə dönüş zəmanət verirlər:

“Əgər vətəndaşlar bu bəladan qurtulmaq istəyirlərsə, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nə üz tutmaqları kifayətdir. Mərkəzin heyəti həmin şəxslərə dünyaca məşhur “12 addım” proqramına uyğun şəkildə çalışırlar. Xüsusi proqram vasitəsilə şəxslərin narkomaniyadan, asılılıqda, alkoqolizmdən xilas edilir”.

“SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” Azərbaycanda bir çox mükafatlara layıq görülüb. 2024-cü ildə də beynəlxalq əlaqələr, təcrübənin inkişafı ilə bağlı planlar var.

Elə siz də narkotik, qumar və ya alkoqol asılılığından qurtulmaq istəyirsiniz?

O zaman “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nə bir zənginiz kifayətdir.

Əlaqə nömrəsi: 077 223 43 93, 099 998 33 33

https://spr.az/

https://www.instagram.com/spr_baku/

https://www.facebook.com/sprbaku/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR