“Bu gün ölkəmizdə cinayətkarlığa qarşı effektiv mübarizə təşkil olunub, cinayətkarlığın səviyyəsi artmır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, insan alveri sahəsində DİN xüsusi diqqəti profilaktik tədbirlərə və maarifləndirmə işlərinə yönəldib: “Buna görə təşəkkür edirəm. Bu iş ölkəmizdə düzgün qurulub. Xüsusilə dünyada müharibə bölgəsindən xarici ölkələrə üz tutmuş qadınlar cinsi istismara məruz qalır. Azərbaycanda bu sahədə vəziyyət nəzarətdədir”.