Bank Of Baku

Qurban Yetirmişli: Dağıstandakı zəlzələnin Azərbaycan üçün təhlükəsi yoxdur

Qurban Yetirmişli: Dağıstandakı zəlzələnin Azərbaycan üçün təhlükəsi yoxdur
# 27 avqust 2025 09:25 (UTC +04:00)

"Dağıstanda baş verən zəlzələnin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur".

Bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Azərbaycanda demək olar, hər gün zəlzələ olur. Ancaq heç bir bölgədə güclü zəlzələnin olması gözlənilmir. Orada 1.2-1.3 maqnitudalı afterşoklar olub. Ancaq heç biri hiss olunmayıb”, - o bildirib.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 00:33-də Dağıstan Respublikası ərazisində 64 km dərinlikdə, 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın bəzi bölgələrində hiss edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR