Samuxda minik maşını dirəyə çırpılıb, sürücü ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Samuxda minik maşını dirəyə çırpılıb, sürücü ölüb - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 10 iyun 2021 22:03 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


17:43

Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlunun idarə etdiyi minik maşını idarəetmənin itməsi nəticəsində yolun kənarında kəndin adı yazılan daş dirəyə çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, L. Abbasov ürək xəstəliyindən əziyyət çəkirmiş. Onun avtomobilin idarəetməsini də ürək tutması nəticəsində itirdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR