Bank Of Baku

Səhiyyə naziri: İndiyə qədər 40 plastik cərrahın sənədi təftiş edilib, siyahı açıqlanacaq - VİDEO

səhiyyə naziri Teymur Musayev

© APA | səhiyyə naziri Teymur Musayev

# 26 fevral 2025 10:48 (UTC +04:00)

Xüsusi Təftiş Komissiyasının fəaliyyəti

İndiyə qədər 40 plastik cərrahın sənədi Xüsusi Təftiş Komissiya tərəfindən təftiş edilib.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Plastik cərrahların sənədlərinin yoxlanılması

O qeyd edib ki, Xüsusi Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib.

İşləməyə icazəsi olan plastik cərrahların siyahısı açıqlanacaq

"Komissiyanın fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq", - nazir əlavə edib.

Lisenziyası ləğv edilən plastik cərrahlar kimlər idi?

Qeyd edək ki, bir müddət əvvəl 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilməsi barədə məlumat əldə edilib.

Onlardan üçünün - Təbəssüm Qurbanova, Bəhicə Kərimova, Rəna QuliyevaSevinc Heydərovanın kimliyi məlum olub.

Təftiş Komissiyası hansı zərurətdən yaradılıb?

Səhiyyə Nazirliyi və Prokurorluqdan lisenziyası ləğv edilən cərrahlarla bağlı açıqlamasında vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanıldığını vurğulayıb.

Azərbaycanda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur

APA sözügedən xəbərlərdən sonra məsələ ilə bağlı araşdırma apararkən müəyyən etdi ki, Azərbaycanda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur.

Billurə Yusifova bildirdi ki, hazırda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur: “Hazırda plastik cərrahiyyə və oftalmologiyaya aid klinik protokollar yoxdur. Bütün sahələr üzrə klinik protokol hazırlamaq üçün vaxt lazımdır.

Klinik protokolun hazırlanması üçün ən azı altı ay vaxt tələb olunur. Məlumatların seçilib toplanması, bizim səhiyyəyə uyğunlaşdırılması, Azərbaycan dilində tərtib edilməsi vaxt aparan prosesdir. Bunun üçün azı altı ay tələb olunur. Həm də xəstəlikdən asılı olaraq bu proses bir ilə qədər uzana bilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR