Hazırda səhiyyə sahəsində problemlərin həlli ilə bağlı yeni səhiyyə nazirinin tapşırığına uyğun tədbirlər planı hazırlanır.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.