Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi hazırlanacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlərin, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.