İyulun 15-də saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.
APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxslər rayon ərazisində yerləşən restoranda keçirilən məclisdə salatdan zəhərləniblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.