Bank Of Baku

Sumqayıtda Energetiklər Günü münasibətilə tədbir keçirilib

Sumqayıtda Energetiklər Günü münasibətilə tədbir keçirilib
# 20 oktyabr 2026 17:54 (UTC +04:00)

Sumqayıt şəhərində 20 Oktyabr – Energetiklər Günü münasibətilə tədbir keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmisi Gündüz Əliyev, Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov, “Azərişıq” ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov, energetika sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Energetiklər Günü münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Bildirilib ki, Azərbaycan energetikasının müasir inkişafının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin rəhbərliyi ilə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, istehsal güclərinin artırılması və energetika infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə energetika sahəsində həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində ölkənin enerji sistemi daha da gücləndirilir, yeni yarımstansiyalar tikilir, mövcud enerji obyektləri yenidən qurulur, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması infrastrukturu müasirləşdirilir.

Çıxışlarda Azərbaycanın mühüm sənaye mərkəzlərindən olan Sumqayıt şəhərinin etibarlı enerji təminatının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, son illərdə şəhərin müxtəlif ərazilərində elektrik şəbəkələrinin yenilənməsi, yeni transformator məntəqələrinin və paylayıcı qurğuların quraşdırılması, mövcud xətlərin təmir və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər əhalinin və sənaye müəssisələrinin dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına xidmət edir.

Tədbirdə energetiklərin gündəlik fəaliyyətinin məsuliyyətli və fədakar əmək tələb etdiyi xüsusi qeyd olunub, şəhərin enerji təsərrüfatının inkişafında onların xidmətləri yüksək qiymətləndirilib.

Tədbirin sonunda energetika sahəsində səmərəli fəaliyyətinə, peşə vəzifələrinin nümunəvi icrasına və şəhərin enerji təsərrüfatının inkişafına verdikləri töhfələrə görə bir qrup əməkdaş Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR