Şuşa DOST filialında fəaliyyətə başladığı vaxtdan indiyədək 3300-dək vətəndaşa xidmət göstərilib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların müraciətləri pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və digər məsələləri əhatə edib.
Filialda göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,9 faiz təşkil edib.
Qeyd edək ki, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı 2024-cü ilin iyul ayında açılıb.