Bank Of Baku

Şuşada Novruz yarmarkası keçirilir - FOTO

Şuşada Novruz yarmarkası keçirilir - FOTO
# 18 mart 2025 12:05 (UTC +04:00)

Şuşada İlaxır çərşənbə, Novruz bayramı ilə bağlı “Güllü bağ” adlanan ərazidə yarmarka keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən yarmarkaya müxtəluf şirkətlər və şuşalılar tərəfindən məhsullar çıxarılıb. Yarmarkada Şuşa sakinləri ilə yanaşı qonaqlar da iştirak edir.

Novruz yarmarkası bir həftə davam edəcək.

Qeyd edək ki, Novruz bayramı münasibətilə Şuşa şəhərində silsilə tədbirlər nəzərdə tutulur. Bu gün axşam Qala qapısında “Şuşa baharı” adlı bayram tədbiri, martın 19-da “Güllü bağ”da Şuşanın tarixi şəxsiyyətlərinin obrazları ilə görüş və musiqi proqramı olacaq. Martın 20-də şəhər meydanında incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR