Şuşadakı "ASAN xidmət" mərkəzi iyunda hazır olacaq

Şuşadakı "ASAN xidmət" mərkəzi iyunda hazır olacaq
# 10 may 2024 11:52 (UTC +04:00)

“Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyun ayının sonunda hazır olmalıdır”.

APA-nın xəbərinə görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

“Həm Xankəndi, həm də Şuşa şəhərlərinin sakinləri Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzinin fəaliyyətindən yararlana bilərlər. Ümumilikdə isə Şuşa ilə yanaşı, Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də "ASAN Xidmət" mərkəzlərinin yaradılması nəzərdə tutulur”, - Ülvi Mehdiyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR