Bank Of Baku

TƏBİB-in icraçı direktoru: Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov

© APA | TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov

# 30 oktyabr 2025 13:02 (UTC +04:00)

"Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur. Bu, təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir".

APA xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur: "Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR