“İcbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir”.
APA-nın məlumatına görə, bunu bü gün Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə keçirilən ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırki vəziyyət və gələcək planlar barədə dinləmədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov bildirib.
V. Qurbanov deyib ki,layihənin əsas məqsədi tibb müəssisələrində sərbəstliyi təmin etməkdir: “Bu istiqamətdə müvafiq tədbirlər təşkil edilib. İcbari tibbi sığortanın tətbiqi sayəsində tibbi xidmətlər üçün regionlardan şəhərə əhalinin axını azalıb. Bu, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırıldığını göstərir. İcbari tibbi sığorta üzrə göstərilən xidmətlərin növlərinin və keyfiyyətinin artırılması əhali üçün çox faydalı olacaq”.