Bank Of Baku

Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS

Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
# 04 sentyabr 2026 23:38 (UTC +04:00)

Metatesk adlı Azərbaycan startapı virtual mühitlər və süni intellektdən istifadə etməklə təhsili daha interaktiv etməyə çalışır.

APA xəbər verir ki, bu barədə “Euronews”un hazırladığı yazıda deyilir.

Bildirilir ki, Günay İmanzadənin təsisçisi olduğu platformanın virtual sinifləri, şagird və müəllimlərə elmi anlayışları interaktiv 3D mühitdə araşdırmaq imkanı verir.

Metateskin yanaşmasına görə, şagirdlər yalnız müəllimi dinləmək əvəzinə dərsin bir hissəsinə çevrilir, mövzuları virtual mühitdə araşdırır və onlarla qarşılıqlı əlaqədə olurlar.

Bu üsul xüsusilə mürəkkəb elmi anlayışların daha asan və maraqlı şəkildə başa düşülməsinə kömək edir.

Şirkətin “Another Mind” adlı tədqiqat laboratoriyası isə süni intellektin cavabları necə formalaşdırdığını araşdırır.

“Euronews”ə danışan şagird Melisa Yıldız bildirib ki, bu texnologiya öyrənən şəxsin rolunu dəyişərək onu passiv dinləyicidən aktiv iştirakçıya çevirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR