Bank Of Baku

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb - VİDEO

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb - VİDEO
# 21 avqust 2026 06:30 (UTC +04:00)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

APA xəbər verir ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (36 nəfər), Xocalı rayonunun Badara kəndinə 5 ailə (13 nəfər), Xanyurdu kəndinə 4 ailə (10 nəfər), Xanabad kəndinə 8 ailə (31 nəfər), Ballıca kəndinə 3 ailə (8 nəfər), Təzəbinə kəndinə 14 ailə (71 nəfər), Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə (36 nəfər), Həsənriz kəndinə 6 ailə (30 nəfər), Aşağı Oratağ kəndinə 12 ailə (49 nəfər), Çapar kəndinə 15 ailə (51 nəfər) köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

İman İmanlı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR