Paşha Bank
Bank Of Baku

Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO

Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
# 08 noyabr 2026 21:42 (UTC +04:00)

8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.

Qeyd edək ki, konsert proqramından sonra Zəfər Günü münasibətilə Xankəndi səmasında bayram atəşfəşanlığının keçirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR