Paşha Bank
Bank Of Baku

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
# 25 sentyabr 2026 10:05 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1384,5 min nəfər olub.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlarımızın 43,9 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,8 faizi Rusiya Federasiyasına (2,2 faiz az), 12,8 faizi Gürcüstana (13,6 faiz çox), 5,3 faizi İrana (41,2 faiz az), 23,2 faizi isə digər ölkələrə (3,9 faiz az) gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,7 faizi hava, 27,4 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR