Bank Of Baku

Xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar

Xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar
# 12 iyul 2026 21:59 (UTC +04:00)

IV Şuşa Qlobal Media Forumu çərçivəsində xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlara küçədə həyata keçirilən tikinti və abadlıq işləri, həmçinin burada yaradılan müasir infrastruktur barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.

Sözügedən küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib.

Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR