Bank Of Baku

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatının seçim turu təşkil olunub

 “Nə? Harada? Nə zaman?” oyunu  üzrə Tələbələrarası Azərbaycan Çempionatının seçim turu təşkil olunub
# 21 noyabr 2012 02:14 (UTC +04:00)

 

Bakı-APA. Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatının Bakı universitetlərində seçim turu təşkil olunub.

 

Gənclər Fondundan APA-ya verilən məlumata görə, seçim turunda müxtəlif Bakı universitetlərindən 270-dən çox komanda yarışıb. Yarışmada 2000-ə yaxın tələbə iştirak edib. 

 

Bakı seçim turunun təşkili ilə seçim turları başa çatıb.  

 

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Atəşgah İntellektual Oyunlar Klubu, Xəzər İntellektual Gənclər Klubu, Turan İntellektual Oyunlar Klubu və İrəli İctimai Birliyi tərəfindən təşkil olunan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatının finalı noyabrın 25-də Kempinski Hotel Badamdarda keçiriləcək. Finalda 16-sı regiondan olmaqla 50 komanda iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR