Bank Of Baku

“ASAN xidmət” mərkəzi yanvarın 15-dən vətəndaşlara xidmət göstərməyə başlayacaq

“ASAN xidmət” mərkəzi yanvarın 15-dən vətəndaşlara xidmət göstərməyə başlayacaq
# 11 yanvar 2013 14:29 (UTC +04:00)

 

“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 23 xidmət  göstəriləcək.

Mərkəzin xidmətlərindən vətəndaşlar həmçinin şəxsən, telefon və ya internet vasitəsi ilə ünvanladığı müraciətlər əsasında istifadə edə biləcəklər. Belə ki, vətəndaşın mərkəzə gəlmədən, internet (www.asan.gov.az saytının “Onlayn növbə” bölməsindən ) və ya telefon vasitəsi ilə (108-“Çağrı” mərkəzi) də növbə tutmaq imkanı olacaq. Vətəndaşları dövlət orqanlarının göstərdikləri xidmətlər və bu xidmətlər üçün tələb olunan sənədlər barədə məlumatlandırma, habelə onların şikayət və təkliflərini qəbul etmə funksiyalarını yerinə yetirəcək Agentliyin “Çağrı” mərkəzi fevralın 1-dən etibarən tam fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, xidmət barədə ətraflı məlumatı agentliyin rəsmi internet saytından (www.asan.gov.az), Facebook səhifəsindən  (http:facebook.com/www.asan.gov.az) və “Çağrı” mərkəzindən əldə etmək mümkündür. “ASAN xidmət” mərkəzi Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir və həftənin bütün günləri səhər saat 10-dan axşam 8-dək, bazar günləri isə axşam saat  5-dək vətəndaşları qəbul edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR