Bank Of Baku

“ASAN Xidmət” mərkəzlərinin səlahiyyətləri artırıla bilər - FOTO

“ASAN Xidmət” mərkəzlərinin səlahiyyətləri artırıla bilər - <span style="color: red;">FOTO
# 31 yanvar 2013 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “ASAN Xidmət” mərkəzlərində təmsil olunan dövlət qurumlarının xidmət siyahısı prezident İlham Əliyevin fərmanı ilə müəyyən edilib. Mərkəzlərin həyata keçirəcəyi yeni vəzifələr fərmana daxil edildiyi təqdirdə qurumun səlahiyyətləri artırıla bilər”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. O bildirib ki, “ASAN Xidmət” mərkəzlərinin yaradılmasında məqsəd əhaliyə göstərilən xidmətləri asanlaşdırmaq və bu məsələdə şəffaflığı qorumaqdan ibarətdir. İ. Kərimovun sözlərinə görə, əgər gələcəkdə hər hansı yeni xidmət müəyyənləşdiriləcəksə, onlar xidmət mərkəzləri tərəfindən həyata keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı "ASAN Xidmət" mərkəzi yanvarın 15-dən etibarən fəaliyyətə başlayıb. Hazırda xidmət mərkəzlərində vətəndaşlara 9 dövlət orqanı tərəfindən 23 hüquqi xidmət göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR