Bank Of Baku

“Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” hazırlanacaq

“Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” hazırlanacaq
# 31 yanvar 2013 09:55 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 10 illik “Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” hazırlanacaq.

 

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib.

 

O deyib ki, yeni strategiya 2013-2023-cü illəri əhatə edəcək. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bu ilin may ayına qədər strategiyanın ilkin layihəsi ictimaiyyətə təqdim olunacaq.

 

İ.Babayev deyib ki, bununla yanaşı, 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramı da işlənəcək: “Yeni strategiya və Dövlət Proqramı gənclərin inkişafında yeni mərhələ olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR