Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində ilin yekunlarına həsr olunmuş iclas keçirilib - FOTOSESSİYA

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində ilin yekunlarına həsr olunmuş iclas keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 yanvar 2013 12:19 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində ilin yekunlarına həsr olunmuş iclas keçirilib. APA-nın məlumatına görə, iclasdan əvvəl mətbuat nümayəndələri üçün “İçərişəhər”də yeniliklərlə və görülən işlərlə tanışlıq məqsədi ilə tur təşkil edilib.  

 

İclasda çıxış edən idarənin rəisi Mikayıl Cabbarov bildirib ki, son 3 il ərzində İçərişəhər ərazisində təkcə qeyri-dövlət sektorunda 704 iş yeri açılıb, infrastruktur və kommunal təminat səviyyəsi xeyli yaxşılaşıb, yüksək həyat standartlarının tətbiqinə başlanılıb. O bildirib ki, Kiçik Qala, 1-13 ünvanlarında yerləşən Qala divarının bir hissəsi həm İçərişəhər, həm İstiqlaliyyət küçəsi tərəfindən bərpa edilib və ətrafı abadlaşdırılıb, XX əsrin əvvəllərində uçurulmuş 15-ci bürc yeri dəqiq müəyyən edilərək rekonstruksiya edilib, Dördbucaqlı qalanın təmir-bərpasına başlanılıb: “İki mərtəbəli karvansarada 2011-ci ildən aparılan təmir-bərpa işləri yekunlaşıb, abidənin daxilində milli mətbəxi və musiqini tərənnüm edən turizm infrastrukturu obyektinin fəaliyyəti bərpa edilib. London, Əbu-Dabi, Moskva, Şanxay, Tokio kimi şəhərlərin maketlərini işləmiş və bu sahədə unikal texnologiyaya malik İngiltərənin “Sectorlight” şirkəti tərəfindən İçərişəhərin mövcud maketindəki elementlər yüksək detalizasiya səviyyəsinə çatdırılıb, küçələrin, ictimai yerlərin, hətta ağacların görüntüsü reallığa yaxın vəziyyətə gətirilib, binaların daxili işıqlandırılması təmin edilib. Hazırda maket Şirvanşahlar Sarayının Taxt-tac zalında sərgilənir. Ötən dövrdə dövlətin balansına olan abidələrə dair 23 mühafizə müqaviləsi bağlanılıb, eyni zamanda sakinlərin xüsusi mülkiyyətində olan abidələrə dair 329 mühafizə müqaviləsi tərtib olunub. Dördbucaqlı qalanın ətrafında torpaq işləri zamanı 8 quyu aşkar olunub və tədqiq edilib, Çin məscidinin həyətində 1 su quyusu və Şirvanşahlar sarayına istiqamətlənən yeraltı yol aşkar edilib.

 

“Şirvanşahlar Sarayı Kompleksi” Qoruq-muzeyinin əməkdaşlarının iş şəraitini yaxşılaşdırmaq məqsədi ilə Kiçik Qala küçəsi, 44 ünvanında yerləşən inzibati binada əsaslı təmir işləri aparılaraq, işçilərin yerləşdirilməsi təmin edilib”.

 

M.Cabbarov qeyd edib ki, ötən il  “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sərhədləri təsdiq edilib və ərazisinin 81,5 ha olduğu müəyyənləşib. Arxeoloji tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə ərazinin arxeoloji xəritəsi tərtib olunub. Həmçinin, gölün sahili boyu arxeoloji kəşfiyyat işləri aparılıb, ətrafdakı orta əsr yaşayış yeri qalıqlarından başqa heç bir arxeoloji abidə aşkar olunmayıb. Ərazinin 24 saatlıq mühafizəsini təmin edən mühafizə xidməti yaradılıb, mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə çadır və məlumat köşkləri alınıb və ərazidə quraşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR