Bank Of Baku

“Quş qripi”nə görə növbəti monitorinq keçiriləcək

“Quş qripi”nə görə növbəti monitorinq keçiriləcək
# 13 noyabr 2012 09:23 (UTC +04:00)

 

 

Bakı. Könül Kamilqızı – APA Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) noyabrın 19-da köçəri quşların miqrasiyasını nəzərə alaraq “Quş qripi” ilə əlaqədar növbəti monitorinqə start verəcək. DBX-nin mətbuat xidmətindən APA-ya vrilən xəbərə görə, monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

 

Nəzarət tədbirinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır. Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinqin nəticələri noyabrın 30-da ictimaiyyət üçün açıqlanacaq.

 

DBX bir daha xatırladıb ki, köçəri quşların miqrasiyası və havaların soyuması ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR