Bank Of Baku

“Şagird-məzun elektron məlumat bazası”na 200 mindən artıq şagird haqqında məlumatlar daxil ediləcək

“Şagird-məzun elektron məlumat bazası”na 200 mindən artıq şagird haqqında məlumatlar daxil ediləcək
# 18 yanvar 2013 12:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq prosesi davam etdirilir.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində komissiya tərəfindən “Şagird-məzun elektron məlumat bazası” yaradılaraq istifadəyə verilib. Artıq respublika üzrə 77 237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən bazaya daxil edilib.

 

“Şagird-məzun elektron məlumat bazası”na təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola biləcəklər. Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi buraxılış sinfində təhsil alan şagirdlərin qeydiyyatını aparmaq,  bütün məlumatlar daxil edildikdən sonra məlumatları təsdiq etməkdən ibarətdir. Məlumatı sistemdə olmayan və ya təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə iştirak etməyəcək və bunun nəticəsi olaraq təhsil sənədi almayacaqlar.

 

Bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur. Sistemdən rayon (şəhər)  təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə biləcəklər. Prosesin yanvar ayı ərzində başa çatdırılması nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR