Bank Of Baku

Hüseyn Bağırov: “Bu gün dünya yeni biohəyacan təbili çalır”

 Hüseyn Bağırov: “Bu gün dünya yeni biohəyacan təbili çalır”
# 12 noyabr 2012 08:07 (UTC +04:00)

 

Bakı Könül Kamilqızı - APA “Bu gün dünya yeni biohəyacan təbili çalır. Yer kürəsində bioloji resurslar tükənmək üzrədir. Bu gün bəzi ölkələrdə düzgün aparılmayan siyasət nəticəsində Yerin resursları insanları təmin edə bilmir. Bunun nəticəsində də insanlar gələcək nəsillərin payından istifadə etmiş və yemiş olurlar”.

 

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Gənclər Forumunda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O bildirib ki, dövlətlər nə qədər müxtəlif layihələr həyata keçirsələr də, bu gün hər kəsi narahat edən ən ciddi məsələ insanların ətraf mühitə baxışlarının dəyişməsi ilə bağlıdır.

 

Nazirin sözlərinə görə, böyük investisiya yatırmadan da insanların təfəkkürünü dəyişməklə ekoloji problemləri həll etmək olar. Bu məsələdə də gənclərin rolunun böyük olduğunu deyən H.Bağırov qeyd edib ki, mövcud sahədə o zaman uğurlar əldə etmək olar ki, nəhəng qüvvələr bioloji resurslardan düzgün istifadə üçün səylər göstərsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR