Bank Of Baku

Abel Məhərrəmov: “Türk dünyasında fundamental elmlər üzrə birgə qrantlar hazırlanmalıdır”

Abel Məhərrəmov: “Türk dünyasında fundamental elmlər üzrə birgə qrantlar hazırlanmalıdır”
# 17 yanvar 2013 11:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan və Türkiyə arasında birgə elmi qrantlar və proqramlar yaradılmalıdır”. APA-nın xəbərinə görə, bunu  jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.

 

O bildirib ki, türk dünyasında, o cümlədən Azərbaycanla Türkiyə arasında elmi məsələlər geniş müzakirə edilməlidir: “Biz türk dünyasında fundamental elmlər üzrə birgə qrantlar hazırlamalıyıq. İki ölkə arasında dostluq əlaqələri günü-gündən inkişaf edir. Bu, bütün sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də özünü göstərir. Bu gün BDU-da təhsil alan tələblərə ikili diplomlar verilir. 30 Türkiyədən, 30 isə Azərbaycandan tələbə hüquq sahəsi üzrə ikili diplom almaq istiqamətində artıq təhsilə başlayıblar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR