Bank Of Baku

ADU-da “Xaricdə təhsilin gənclərin həyatında rolu” layihəsi çərçivəsində görüş keçirilib - FOTO

ADU-da “Xaricdə təhsilin gənclərin həyatında rolu” layihəsi çərçivəsində görüş keçirilib - <span style="color: red;">FOTO
# 29 yanvar 2013 11:50 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmeni qəbul edib. ADU-dan APA-ya verilən məlumata görə, rektor ADU və Böyük Britaniya universitetləri arasındakı münasibətlərin inkişaf etdiyini bildirib. Esseks Universiteti ilə əlaqələrə toxunan Səməd Seyidov ADU-nun 20 tələbəsinin Böyük Britaniyada təhsil aldığını qeyd edib. Rektor Esseks ilə ADU arasında ikili diplomların verilməsi ilə bağlı razılıq əldə olunmasına diqqət çəkərək əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

 

Rektor Esseks qrupunda təhsil almaq istəyən tələbələrin xüsusi testdən keçdiklərini və bu qrupa daxil olmaq üçün yüksək dil vərdişlərinin önəmli olduğunu vurğulayıb. Səfir Piter Beytmen Azərbaycanda ingilis dilinin tədrisi məsələlərinə həsr olunmuş beynəlxalq konfransların vacibliyindən söz açıb. O, ADU-nun Böyük Britaniyanın universitetləri ilə əlaqələrini yüksək qiymətləndirdi və Essekslə əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib.

 

Qeyd olunub ki, bu gün Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) tərəfindən Britaniya Səfirliyinin dəstəyi ilə “Xaricdə təhsilin gənclərin həyatında rolu” layihəsi çərçivəsində ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüşdə ilk öncə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen tələbələri salamlayıb və bu layihənin ADU-da müzakirə edilməsindən məmnunluğunu bildirib. Səfir ADU-nun Böyük Britaniya universitetləri ilə əlaqələrini qeyd edərək bu layihənin gənclərin həyatında mühüm rol oynadığını tələbələrin nəzərinə çatdırıb. O, görüşdə ölkələrarası təhsildə müqayisələrdən danışılacağını, bu istiqamətdə bir sıra imkanların tələbələrə təqdim olunacağını vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR