Bank Of Baku

Afrika İttifaqının nümayəndə heyəti Azərbaycandadır

Afrika İttifaqının nümayəndə heyəti Azərbaycandadır
# 01 fevral 2013 09:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandadır. APA-nın məlumatına görə, bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev komissarla görüş keçirib.

 

Görüş zamanı nazir müavini təmsil etdiyi orqanın Azərbaycanın gənclərlə bağlı dövlət siyasətini tənzimlədiyini bildirib. O qeyd edib ki, hər il Azərbaycanda gənclərlə bağlı layihələri maliyyələşdirmək üçün 1 milyon avro qrant ayrılır. İ. Babayev beynəlxalq əlaqələrdən də danışaraq deyib ki, nazirlik 65 ölkənin gənclər qurumları ilə sıx əlaqədədir. Onun sözlərinə görə, dünyanın 20-yə yaxın ölkəsində “Mən Azərbaycan haqqında nə bilirəm?” adlı daimi layihə həyata keçirilir, bu mövzuda ən dolğun esse yazan gəncin Azərbaycana səfəri təşkil olunur.

 

Daha sonra çıxış edən Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezin rəhbərlik etdiyi departamentin birbaşa gənclərlə işlədiyini vurğulayıb. O, Afrika İttifaqında təmsil olunan gənclərin Azərbaycan gəncləri ilə əməkdaşlığının çox məhsuldar olacağını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR