Bank Of Baku

AMEA-da təbii fəlakətlərlə əlaqədar xüsusi qurum yaradılacaq

AMEA-da təbii fəlakətlərlə əlaqədar xüsusi qurum yaradılacaq
# 23 yanvar 2013 11:44 (UTC +04:00)

 APA-nın xəbərinə görə, bunu AMEA prezidenti Mahmud Kərimov bildirib.

 

Onun sözlərinə görə, AMEA-da təbii fəlakətlərə dair Bölmənin yaradılması məqsədəuyğun olmasa da, ayrıca struktur vahidi, şöbə və ya mərkəz yaradıla bilər: “Azərbaycanda son illər təbii fəlakətlər artıb. Sellər, zəlzələlər, dolu kimi təbii fəlakətlər tez-tez baş verir. Bu fəlakətlərin proqnozlaşdırılması, tədqiq olunması çox vacibdir. Ayrı-ayrı qurumlarda bu problemlər öyrənilir. Amma təbii fəlakətləri kompleks şəkildə öyrənmək lazımdır”.

 

M. Kərimov deyib ki, yeni yaradılacaq qurum təbii fəlakətlərə dair vaxtaşırı ölkə başçısına məlumatlar təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR