Bank Of Baku

AMEA-nın elmi müəssisələrində ali məktəblərin baza kafedraları yaranacaq

AMEA-nın elmi müəssisələrində ali məktəblərin baza kafedraları yaranacaq
# 18 yanvar 2013 09:08 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində ali məktəblərin baza kafedraları yaranacaq.

 

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin Yer Elmləri Bölməsinin illik hesabatı ilə əlaqədar iclasında qərar verilib.

 

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, Akademiyada magistraturanın yaradılması zəruridir. Lakin hələlik bu məsələ öz həllini tapmayıb: “Lakin Akademiya təhsilsiz inkişaf edə bilməz. Ona görə də biz qərar qəbul etmişik ki, bakalavr və magistrləri Geologiya İnstitutunda işə götürək. Hazırda Geologiya İnstitutunda 20 bakalavr-magistr çalışır. Onların diplom işləri AMEA-nın elmi istiqamətlərinə uyğun verilir. Geologiya İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) baza kafedrası yaradılıb. Bu baza kafedralarının digər institutlarda da yaradılması AMEA-nın ümumi inkişafına kömək edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR