Bank Of Baku

AMEA Biologiya və Tibb Elmləri Bölməsi üzrə doktoranturaya qəbulda ciddi problem yaranıb

AMEA Biologiya və Tibb Elmləri Bölməsi üzrə doktoranturaya qəbulda ciddi problem yaranıb
# 23 yanvar 2013 10:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ötən ilin yekunları ilə bağlı hesabat iclasında Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib.

 

Onun sözlərinə görə, bu sahədə böyük problemlər var: “Biologiya elmləri üzrə institutlar bu yerləri sifariş edirlər. Lakin sonradan bu yerləri tuta bilmirlər. Ona görə də hər bir institut yer sifariş edəndə bilməlidir ki, bu yerləri tutacaq namizədləri var, ya yoxdur. Biologiya və tibb elmlərinə insanlarda maraq oyatmaq lazımdır. Yoxsa doktorantların sayı ilbəil azalır. Mənə elə gəlir ki, bu, çox böyük problem yaradacaq. Bu sahələr üzrə institutlara gənclərin marağını artırmaq üçün nəsə fikirləşmək lazımdır. Belə getsə, ilbəil bu sahədə doktoranturaya qəbul olan doktorantların sayı azalacaq”.

 

Ə.Əmiraslanov deyib ki, tibb elmləri üzrə də eyni vəziyyətdir: “İndiyədək Tibb Universitetində heç vaxt belə vəziyyət olmamışdı. Bu il isə 6-7 yer boş qaldı. Bütün müəssisələr bu işlə məşğul olmalıdır”.

 

Akademik katib bölməyə daxil olan bəzi institut direktorlarını da kəskin tənqid edib: “Çox təəssüflər olsun ki, bizim bəzi institut direktorları müdafiə şuralarının məsuliyyətini yaxşı başa düşmürlər. Onlar bu işə çox barmaqarası yanaşırlar, müdafiəyə keyfiyyətsiz dissertasiyalar buraxırlar. Bəzən konfliktlər yaradırlar. Sonda məsələ o yerə çatır ki, AMEA-da biologiya elmləri üzrə müdafiə şuralarının alınıb başqa müəssisələrə verilməsi məsələsi yaranır. Yəni hər elmi tədqiqat müəssisəsinin rəhbəri bilməlidir ki, həmin müəssisələrin nüfuzu oradakı müdafiə şuralarından çox asılıdır. Ona görə də bu işə çox ciddi yanaşmalıdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR