Bank Of Baku

AMEA filiz yataqlarında təbiətə ziyan vurmadan metalların işlənmə texnologiyasını hazırlayıb

AMEA filiz yataqlarında təbiətə ziyan vurmadan metalların işlənmə texnologiyasını hazırlayıb
# 18 yanvar 2013 09:41 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) filiz yataqlarında metalları təbiətə ziyan vurmadan çıxarmaq texnologiyasını hazırlayıb. APA-nın xəbərinə görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin 2012-ci ilin yekunlarına həsr olunan iclasında bölmənin akademik katibi Arif İsmayılzadə deyib. O bildirib ki, “Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənməsi və tətbiqi” üzrə işlər başa çatdırılıb. Aparılmış elmi tədqiqatlar göstərir ki, hazırlanmış texnoloji metodlar seçilmiş filiz obyektləri üçün qənaətbəxşdir. Elmi tədqiqat və təcrübə işlərini davam etdirmək məqsədilə filiz yataqlarının birində xüsusi poliqon və yarımsənaye pilot kompleksinin yaradılması üçün Nazirlər Kabinetinə layihə hazırlanaraq təqdim edilib. Layihə dörd nazirlik tərəfindən dəstəklənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR