Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda tibbi geologiya tədqiq olunacaq.
APA-nın məlumatına görə, AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, artıq bununla əlaqədar işlərə başlanılıb.
A.Əlizadə AMEA-nın 70 illik yubileyinin qeyd edilməsi üçün hazırlıq işlərinə başlanmasını da təklif edib. O qeyd edib ki, 1945-ci ildə yaradılmış AMEA-nın fəaliyyətinin 2015-ci ildə 70 ili tamam olacaq. O, bununla əlaqədar AMEA-nın yubileyinə həsr olunmuş xüsusi kitabın hazırlanmasını təklif edib.