Bank Of Baku

AMEA Rəyasət Heyəti “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə əlaqədar sərəncam imzalayıb

AMEA Rəyasət Heyəti “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə əlaqədar sərəncam imzalayıb
# 14 yanvar 2013 10:28 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə əlaqədar sərəncam imzalayıb.

 

AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlunun APA-ya verdiyi məlumata görə, sərəncamda Akademiyanın elmi müəssisə və təşkilat rəhbərlərinə İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər həyata keçirmək tapşırılıb.

 

Sərəncamda həmçinin AMEA elmi bölmələrinə və Rəyasət Heyətinin nəzdindəki müvafiq strukturlara İnkişaf Konsepsiyasının həyata keçirilməsindən irəli gələn elmi fəaliyyət sahəsinə aid Dövlət Proqramlarının hazırlanmasına aid təkliflərini yanvarın 30-dək Rəyasət Heyətinə təqdim etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR