Bank Of Baku

ANAMA və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO

ANAMA və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb - <span style="color: red;">FOTO
# 25 yanvar 2013 08:08 (UTC +04:00)

APA-nın məlumatına görə, sazişi ANAMA-nın direktoru Nazim İsmayılov və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak imzalayıblar. 

 

Tədbirdə çıxış edən ANAMA-nın direktoru Nazim İsmayılov rəhbərlik etdiyi təşkilatın ölkədə və xaricdə fəaliyyətindən danışıb. N.İsmayılov qeyd edib ki, ANAMA tək minatəmizləmə ilə məşğul olmur. Eyni zamanda mina təhlükəsinə dair maarifləndirmə, habelə minadan zərərçəkənlərə yardımın göstərilməsi sahəsində işlər aparır. Orta məktəblərdə Agentliyin hazırladığı mina təhlükəsinə dair maarifləndirmə dərsliyinin tədrisi nəticəsində uşaqlar arasında mina və PHS-dən zərər çəkənlərin sayı sıfıra enib. Eyni zamanda BMqT və digər beynəlxalq təşkilatların xətti ilə minadan zərər çəkənlərə öz bizneslərini qurmaq, məşğulluğu təmin etmək üçün cüzi faizlə kreditlər verilir.

 

N.İsmayılov qeyd edib ki, ANAMA ötən dövrdə Türkiyədə minatəmizləmə əməliyyatlarında iştirak edib. Xarici ölkələrin müvafiq qurumlarının əməkdaşları üçün təlim kursları təşkil edib.

 

ANAMA direktoru qeyd edib Ki, ölkə ərazisində mina və PHS təhlükəsi olan ərazilərdə əməliyyatlar davam etdirilir: «Bizim qarşıdakı mühüm hədəfimiz işğal altındakı ərazilər azad ediləndən sonra orada aparılacaq əməliyyatlardır. İşğal altındakı ərazilərdə 800 milyon kvadratmetr ərazi təhlükəlidir. Dünya Bankı ilə birgə aparılmış tədqiqatlara görə, bu ərazilərin təmizlənməsi üçün 12 il vaxt və 1 milyard dollardan artıq vəsait lazımdır».

 

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak isə bildirib Ki, təmsil etdiyi qurum müxtəlif sahələrdə fəaliyyət göstərir. Təşkilatın fövqəladə hallar aradan qaldırıldıqdan sonra əhalinin normal yaşayışını təmin etmək üçün minatəmizləmə fəaliyyətlərinə dəstək verir, ehtiyacı olan insanlara humanitar yardımlar göstərir.

 

Saziş çərçivəsində iki istiqamət üzrə əməkdaşlıq nəzərdə tutulur. Bunlardan birincisi mina aksiyasıdır. Burada toplanmış sursatların məhvinin həyata keçirilməsi, mina təmizləmə, minadan zərərçəkənlərə yardım, reabilitasiya və reinteqrasiya, məlumatlandırma, mina təhlükəsinə dair maarifləndirmə tədbirləri nəzərdə tutulur. İkinci istiqamət isə mina aksiyasının daha geniş inkişaf layihələri və proqramlarına inteqrasiyası (bura quruculuğa dəstək, humanitar yardımların göstərilməsi, münaqişədən sonra yenidənqurma və s.) sayılır.

 

Tədbirdə ANAMA tərəfindən minadan zərərçəkənlərə göstərilmiş yardımlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR