Lənkəran. Ağəddin Babayev – APA. Ölkə ərazisində havaların anomal keçməsi ilə Lənkəranda 103 xidmətinə olan çağırışların sayı artıb. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Məmmədbağır Axundov verib. Onun sözlərinə görə, adi günlərdə stansiyaya sutka ərzində 30-a yaxın çağırış olurdusa, son 3-4 gündə müraciətlərin sayı 50-yə çatıb. Müraciət edənlər isə əsasən 50 yaşdan yuxarı şəxslər, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, təzyiqi olan, meteohəssas insanlardır. Baş həkim belə havalarda fəsilə uyğun geyinib, qidalanmağı və həkim məsləhəti ilə müəyyən dərmanlardan istifadə etməyi tövsiyə edib: ”Əks halqa bu, mənfi fəsadlarla nəticələnə bilər”.