Bank Of Baku

ARDNŞ Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualtı seysmik stansiyaların layihələndirilməsinə başlayıb

ARDNŞ Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualtı seysmik stansiyaların layihələndirilməsinə başlayıb
# 17 yanvar 2013 14:50 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualtı seysmik stansiyaların layihələndirilməsinə başlayıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib. Onun sözlərinə görə, layihələndirmə işləri başa çatan kimi Amerikanın “Kinemetrics” şirkətinin nümayəndələri Azərbaycana dəvət olunacaqlar və yerli mütəxəssislərlə birgə bu il ərzində stansiyalar quraşdırılacaq.

 

V. Rafiqqızı deyib ki, Azərbaycan hökumətinin dəstəyi ilə Xəzərin Azərbaycan sektorunda 10 sualtı seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

 

Bu il quruda da 4 seysmik stansiya quraşdırılacaq. Stansiyalar Beyləqan, Ağdam, Füzuli və Yardımlıda yerləşəcək.

 

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılması üçün Amerikanın “Kinemetrics” şirkəti ilə müqavilə 2011-ci ildə bağlanılıb. Stansiyalar “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırılacaq. Bu, MDB məkanında quraşdırılacaq ilk sualtı stansiyalar olacaq. Stansiyalar ötən ilin sentyabr ayında ölkəyə gətirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR