Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycan bələdiyyələrinə ötən il ərzində müxtəlif strukturlar tərəfindən ciddi təzyiqlərin olduğunu bildirib.
APA-nın məlumatına görə, komitə sədri bunun əsas səbəbi kimi cəmiyyətdə hələ də bələdiyyə institutunun fəaliyyətinin qəbul olunmamasını göstərib.
A.Rəhimzadənin sözlərinə görə, bələdiyyənin fəaliyyətini tənqid etməklə heç vaxt müsbət nəticəyə nail oluna bilməz: “İndi elə bir hal yaranıb ki, heç kim bələdiyyənin təqdim etdiyi hər hansı sənədi ciddi qəbul etmir. Yaxşı fəaliyyət göstərən bələdiyyələrə müvafiq strukturlar tərəfindən stimulverici dəstəklər nümayiş olunmalıdır ki, cəmiyyətdə bələdiyyə ciddi orqan kimi qəbul olunsun”.
A.Rəhimzadə bu məsələ ilə bağlı bu il bir sıra qanunvericilik aktlarına dəyişiklik olunacağını bildirib.