Bank Of Baku

Avropa Oyunları zamanı Bakıda tıxacların aradan qaldırılması üçün tədbirlər planı hazırlanır

Avropa Oyunları zamanı Bakıda tıxacların aradan qaldırılması üçün tədbirlər planı hazırlanır
# 05 fevral 2013 14:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda tıxacların aradan qaldırılması üçün tədbirlər planı hazırlanır.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məqsədilə BDYPİ-də tədbirlər planı hazırlanır.

 

Tədbirlər planına əsasən Bakıda  bəzi yollarının istiqaməti dəyişdiriləcək və polis hərəkətin sıx olduğu yerlərdə xidməti daha da gücləndirəcək. Bakıda nəqliyyatın mütəmadi sıx olduğu Neftçilər prospekti, Bakıxanov küçəsi, Rəşid Behbudov küçəsi, Tbilisi prospekti, Babək prospekti, Fəhlə prospekti, Heydər Əliyev prospektində tıxacların yaranmaması üçün ərazidə mütəmadi olaraq xidmət aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR