Bank Of Baku

Aynur Sofiyeva: “Məişətdə baş verən zorakılıq halları ilə bağlı narahatlıq doğuran rəqəmlərin şahidi oluruq”

Aynur Sofiyeva: “Məişətdə baş verən zorakılıq halları ilə bağlı narahatlıq doğuran rəqəmlərin şahidi oluruq”
# 19 noyabr 2012 11:03 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Qadınlara və uşaqlara qarşı məişətdə baş verən zorakılıq hallarının qarşısının alınması ilk növbədə cəmiyyətdən, insanlarımızdan asılıdır”.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O bildirib ki,   son vaxtlar ölümlə nəticələnən məişət zorakılığı halları cəmiyyəti narahat edən problemdir və milli dəyərlərə zidd olan bir məsələdir: “Təəssüf ki, statistikaya baxdıqda, narahatlıq doğuran rəqəmlərin şahidi oluruq. Qadınlara qarşı, xüsusilə də məişətdə qadınlara qarşı zorakılıq halları aidiyyatı dövlət qurumu olaraq bizi düşündürən məsələlərdən biridir. Belə halların qarşısının alınması üçün ölkə qanunvericiliyi təkmilləşdirilib və yeni qanun qəbul olunub. Qanunun icra mexanizminin təkmilləşdirilməsi istiqamətində də əhəmiyyətli işlər görülüb. Qanunun öyrənilməsi istiqamətində də maarifləndirici tədbirlər də keçirilir. Fəaliyyətimiz bütün bölgələri əhatə edir”.

 

A. Sofiyeva görülən bu tədbirlərin zorakılıq hadisələrin azalmasına gətirib çıxaracağına ümidvar olduğunu da deyib.       

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR