Bank Of Baku

Azay Quliyev Rusiya İctimai Palatasında görüş keçirib - FOTO

Azay Quliyev Rusiya İctimai Palatasında görüş keçirib - <span style="color: red;">FOTO
# 20 noyabr 2012 13:30 (UTC +04:00)

 

 

 

 

 
 
Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyası İctimai Palata sədrinin birinci müavini Mixail Ostrovski arasında görüş keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İctimai Palatada baş tutan görüşdə Rusiya və Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişaf mərhələləri, milli, regional və yerli səviyyədə ictimai nəzarətin təşkilinə aid uğurlu praktik təcrübə, vətəndaş cəmiyyətlərinin ikitərəfli münasibətlərin inkişafına və regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfəsi, vətəndaş cəmiyyəti institutları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində 2013-cü il üçün Rusiya və Azərbaycanın müştərək layihələri və başqa mövzular müzakirə olunub.
 
M.Ostrovski təmsil etdiyi qurumun qarşılıqlı əlaqələrin yüksələn templə inkişafında maraqlı olduğunu söyləyib. Onun sözlərinə görə, inkişaf edən Azərbaycanla hər bir sahədə əlaqələrin yaradılması Rusiya üçün vacib faktorlardan biridir.
 
A.Quliyev qonşu Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu söyləyib. O, Azərbaycanın da Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlı tərəf olduğunu bildirib.
 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR