Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin yarıdan çoxu – 52,9%-i şəhərlərdə yaşayır.
Azərbaycanda qadınların sayı kişilərə nisbətən yenə də çox olaraq qalır – 50,4%. Belə ki, hər 1 000 nəfər kişiyə 1 016 qadın düşür.
Ölkədə gənclər əhalinin 30,3%-ni təşkil edir.