Bank Of Baku

Azərbaycan ərazisində hava nisbətən sabitləşəcək

Azərbaycan ərazisində hava nisbətən sabitləşəcək
# 15 noyabr 2012 09:34 (UTC +04:00)

 

 Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 8-11, gündüz 13-16 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında noyabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-10, gündüz 11-16, dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, küləkli və yağışlı hava şəraitindən sonra noyabrın 16-17-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR